Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.
Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
O.Abdullayevin sözlərinə görə, F.Cavadov 71 yaşında koronavirusdan vəfat edib. Dəfn mərasimi bu gün saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olacaq. O, Binə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972 - 1978-ci illərdə "ağ-qara" formanı geyinib. F.Cavadov Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib. Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır. (Report)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu