“Məğlubiyyətdən sonra nəsə demək çətindir. Futbolçuların günahları yoxdur. Rəqibi təbrik edirik".
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 21-ci turunda evdə "Sumqayıt"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 0:2 hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib: "Rəqibin qələbəsinə kölgə salmırıq. Düşən imkanlardan yararlandılar və qalib gəldilər. Bu oyun bizi qorxudurdu. Statistikamız uğursuz idi. Qış toplanışından sonra “Səbail”ə qarşı bərbad oynadıq. Sonra növbəti fasilə olanda da “Zirə”yə uduzduq. Məşqçilər heyətinin günahıdır ki, bunu bilərək komandanı yetərincə hazırlaya bilmədik. Azarkeşlərimizdən dönə-dönə üzr istəyirik. Problem “Sumqayıt” yox, fasilədən sonra tempi qoruya bilməməyimizdir. Bunun öhdəsindən gələ bilmədik. Bu, bizə zərbədir. Motivasiya, istək var idi, amma intizamdan qopmaq bizi üzdü”.
S.Abasov çempionatda yaranan fasilədən düzgün istifadə etmədiklərini əlavə edib: "Aqressiya çox idi deyə intizam pozuldu, tələskənlik oldu. Futbolçular qələbə üçün nə etmirdilər ki? Məni üzən oyun intizamını qoruya bilməməyimizdir. Səbəb fasilədən düz istifadə etməməyimizdir. Matçın sonunda təlaş olduğu üçün oyunçuları meydandan çıxardım. Başqa problem yox idi”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu