"Neftçi" 2 itki ilə üzləşdi

"Neftçi" 2 itki ilə üzləşdi
ÖLKƏ FUTBOLU 4 Aprel 2021 / 18:07 2630
-  A +

Premyer Liqanın 21-ci turunda hazırda “Sumqayıt”la qarşılaşan “Neftçi”nin iki aparıcı futbolçusu cəzalı duruma düşüb.

Qol.az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi Mamadu Kane və çempionatın bombardiri Namiq Ələsgərov bu görüşdə mövsümdə 4-cü sarı vərəqəsini alıb. Kaneyə 25, Namiqə isə 72-ci dəqiqədə rəsmi xəbərdarlıq edilib.

Bununla da, hər iki futbolçu 22-ci turda “Qəbələ” ilə səfər oyununu buraxmalı olacaq. Aprelin 10-da keçiriləcək "Qəbələ" - "Neftçi" matçı saat 16:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi