Gürcüstan Premyer Liqasının 7-ci turunda “Saburtalo" ilə matçda start heyətində meydana çıxan "Telavi" klubunun azərbaycanlı yarımmüdafiəçisi Vüqar Bəybalayev Qol.az-a müsahibə verib. O, debütü ilə bağlı sualları cavablandırıb.
- Gürcüstan Premyer Liqasında debüt etdiniz. Fikrləriniz maraqlıdır.
- Komanda olaraq oyuna 3 xal üçün çıxmışıq, elə alındı ki, oyundan 1 xalla ayrıldıq. Üzülmürük. Məqsəd o idi ki qol buraxmayaq. Qol olacaq düşüncəsi ilə oynayırdıq. Qol buraxmadıq, minimum tapşırığı yerinə yetirdik. Oyun ərzində bir çox epizod yaxalasaq da, dəyərləndirə bilmədik. Öz oyunuma gəldikdə isə uğurlu hesab etmək olar. İstənilən halda ilk oyunum idi. Komanda ilə heç bir oyunda iştirak etməmişəm, buna qədər yoldaşlıq oyunu belə olmayıb. Komandada mənə qarşı hər kəs müsbət yanaşır. Bu, hələ başlanğıcdır. Bundan sonra daha da inkişaf edib, yaxşı oyunlar sərgiləyəcəyəm.
- Ilk dəfədir legioner həyatı yaşayırsınız. Legioner olmağın hansı çətinlikləri var?
- Bəli, ilk dəfədir ki, legioner həyatı yaşayıram. Bu təklifi dəyərləndirməkdə əsas məsələ legioner həyatı yaşamaq istəyim idi. Həmişə marağımda olan bir şey idi. Hələ ki, qəribə gəlir. Ətrafımda hər kəs əcnəbi dildə danışır, heç nə başa düşmürsən, ancaq söhbət edən zaman rus dilində danışırıq. Ümumilikdə komandanın hər bir üzvü, məşqçilər, rəhbərlik mənim tez adaptasiya olmağıma çalışır, Əllərindən gələn hər bir şeyi edirlər.
- Gürcüstana gedən futbolçularımız sonra geri qayıdıblar. Sənin hədəfin nədir? Gürcüstandan üçüncü ölkəyə getməkmi, yoxsa gələcəkdə yaxşı təklif olarsa Azərbaycana qayıtmaqmı?
- İlk hədəfim milli komandaya düşməkdir. Fiziki formam buna imkan verir. Əlavə olaraq oyunlarda ən yaxşısını edəcəyəm ki, məşqçinin diqqətini cəlb edim, dəvət alım. Ondan sonra Azərbaycan və ya xaricdən təklif gəlsə, üstünlüyü yenə xarici bir kluba verəcəyəm. Çünki azərbaycanlı futbolçunun legioner olması Azərbaycan futbolu üçün yalnız müsbət hadisədir.
- Oyunda futbolçularla taktiki cəhətdən anlaşmaq çətin olmadı?
- İlk oyuna görə anlaşmaq cəhətdən problem olması normaldır. Amma taktiki cəhətdən heç bir problem olmadı. O da zamanla düzələcək. Bəzi oyunçular var ki, rus dilində çox zəif bilir, onlarla ingilis dilində danışmağa çalışıram. Kimisi ilə rus, kimisi ilə ingilis, hətta çaşıb Azərbaycan dilində də danışmışdım (gülür).
- Azərbaycan futbolu ilə oranı müqayisə edəndə hansı fərqlər üzə çıxır?
- Futbol üçün hər bir şərait var. Futbola yanaşma yaxşıdır, bizim ölkədə olduğu kimi. Yeganə futbol fərqi meydançalardır, bizim ölkədə daha yaxşıdır. Başqa belə fərq görmürəm.
- Bakı üçün darıxırsan?
- Xeyr, darıxmıram. Hələ ağlımdan o barədə fikir keçməyib.
Ağa Dadaşzadə
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı