"Komandama təşəkkür edirəm. Bir çox problemə rəğmən sonadək mübarizə apardıq".
Qol.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Səbail"lə qolsuz heç-heçə etdikləri oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, ilk hissədə komandasının üstünlüyü daha çox görünürdü: "Fasilədən sonra isə təşəbbüs sıra ilə hər komandada oldu. Bir xala üzülmürük, bunu qənaətbəxş hesab edirəm".
Sadıqov futbolçularına göstərilən sarı vərəqələr barədə danışmaq istəmədiyini bildirib: "Həmin epizodlarda biz də etiraz etdik. Amma şərh vermək istəmirəm".
Baş məşqçi gənc müdafiəçi Cəlal Hüseynovun çıxışına toxunub: "Onun oyunu bizi sevindirir. Bu mövsümdə yetərincə şans qazanıb. Mövqeyi səhv etməyə imkan vermir. Çalışıram ki, daha da inkişaf etsin".
Sadıqovun sözlərinə görə, daha keyfiyyətli futbol oynamaq üçün yaxşı futbolçular lazımdır: "Futbolçu özü yetişmir, onları yetişdirmək lazımdır. 90 dəqiqə yüksək tempdə oynamaq üçün pillə-pillə gəlmək lazımdır. Futbolçu 60 dəqiqədən sonra yorulubsa, bu, iki səbəbdən ola bilər: ya fiziki cəhətdən zəifdir, ya da məşqdə yüklənib. Meydanda gördüyünüz 90 dəqiqə son mərhələdir. Hesab edirəm ki, mütəxəssislərimizin əlində daha geniş imkan olsa, daha böyük işlər görə bilərlər".
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi