Albaniya hökuməti Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin diplomatik pasportunu ləğv edib.
Qol.az xəbər verir ki, Albaniyanın Xarici İşlər Nazirliyi yerli futbol federasiyasına məktubla müraciət edərək, italiyalı mütəxəssisdən bu il iyunun 1-dək sənədi təhvil verməsini istəyib.
Qərara münasibət bildirən 65 yaşlı baş məşqçi buna görə təəccübləndiyini söyləyib: "Pasportun vaxtı 2026-cı ildə başa çatacaq. Nəyə görə 5 il öncə onu təhvil verməliyəm? Fikrimcə, absurd qərardır. Həm təəcübləndim, həm də təəssüf hissi keçirdim".
De Byazi bununla bağlı hələ rəsmi bildiriş almadığını vurğulayıb: "Heç bir günah işlətməmişəm və heç vaxt Albaniyanın imicinə xələl gətirməmişəm. Əksinə, orada olduğum müddətdə yaxşı işlədiyimi düşünürəm və fürsət tapanda ölkə haqqında yalnız xoş sözlər demişəm. Sənədi qaytarmağımı istəsələr, açıq-aşkar məyus olacağam. Çünki heç bir səbəb tapmıram. Onda belə çıxır ki, həmin vaxt ölkə prezidenti tərəfindən mənə verilmiş "Cəngavər Skenderbeu Ordeni"ni də qaytarmalıyam?".

Təcrübəli mütəxəssisin sözlərinə görə, bu sənəd adətən onun sahibi cinayət törətdikdə və ya müxtəlif hərəkətlərlə ölkənin imicinə xələl gətirəndə dövlət orqanlarına qaytarılmalıdır: "Mən bunların heç birini etməmişəm. Hələ heç bir bildirişim yoxdur, amma həqiqətən müddəti 5 ildən sonra başa çatacaq pasportumu qaytarmağımı istəsələr, mütləq izahat tələb edəcəyəm".
Qeyd edək ki, 2011 - 2017-ci illərdə Albaniya millisinə rəhbərlik etmiş Canni De Byaziyə diplomatik pasport yığmanı 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxardığı üçün verilib. (report)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu