"Azərbaycan millisinin müdafiəsini yarmaq çətin idi"

"Azərbaycan millisinin müdafiəsini yarmaq çətin idi"
ÖLKƏ FUTBOLU 31 Mart 2021 / 11:14 3535
-  A +

“Paltardəyişmə otağında atmosfer əla idi. Gəlin, belə davam edək. Bununla kifayətlənməyəcəyik. Bundan əvvəl iki çox çətin və yorucu oyun keçirdik. 10 gündə üç oyuna çıxmaq asan deyil”.

Qol.az xəbər verir ki, bu sözləri Serbiya millisinin üzvü Aleksandr Mitroviç DÇ-2022-nin seçmə mərhələsində yığmamıza qalib gəldikləri oyundan (2:1) sonra deyib.

Dubl edərək komandasına qaələbə qazandıran İngiltərənin “Fulhem” klubunun hücumçusu millimizin müdafiəsini yarmağın çətin olduğunu bildirib:

“Buraya favorit kimi gəlmişdik. Ancaq belə şəraitdə arxayınlıq yaranır. Bəlkə də erkən qol vurmasaydıq, hər şey fərqli olacaqdı. Oyun yaxşı keçdi. Rəqibin müdafiəsini yarmaq çətin oldu, amma ən əsası işimizi görməyimiz və yeddi xalla evə qayıtmağımızdır”.

Daha çox


Son xəbərlər
topaz banner