De Byazidən Aleksey İsayev açıqlaması

De Byazidən Aleksey İsayev açıqlaması
ÖLKƏ FUTBOLU 30 Mart 2021 / 23:18 3876
-  A +

Millimizin baş məşqçisi Canni De Byazi futbolçusu Aleksey İsayevin yığmadakı debüt oyunundan sonra erməni şəxsin paylaşımına “qardaşım” yazmasına münasibət bildirib.

Qol.az xəbər verir ki, italiyalı mütəxəssis İsayevin səhvini başa düşdüyünü deyib: "O özü də başa düşür ki, çox böyük səhv edir. Ona görə də yazdığını sildi. İsayevi buna görə öldürməyə dəyməz. Əsas odur ki, səhvini başa düşüb".

Xatırladaq ki, 25 yaşlı futbolçunun debütü münasibətilə onu sosial şəbəkədə təbrik edən erməniyə “qardaşım” deməsi ictimaiyyətdə böyük narazılıqla qarşılaşıb və daha sonra o, paylaşımını silib.

Daha çox


Son xəbərlər
topaz banner