Mahir Emreli zədələndi

Mahir Emreli zədələndi
ÖLKƏ FUTBOLU 30 Mart 2021 / 21:37 1918
-  A +

DÇ-2022-nin seçmə mərhələsində hazırda Serbiyanı qəbul edən milli komandamız itki ilə üzləşib.

Qol.az xəbər verir ki, görüşün 69-cu dəqiqəsində meydana daxil olan Mahir Emreli zədələnib. Ayağından zədə alan "Qarabağ"ın hücumçusu matçın 79-cu dəqiqəsində əvəzlənib. Onun əvəzinə meydana Elvin Cəfərquliyev daxil olub.

Hazırda Serbiya millisi hesabda 2:1 öndədir. 

Daha çox


Son xəbərlər
topaz banner