Gürcüstan klubu Vüqarın transferini açıqladı

Gürcüstan klubu Vüqarın transferini açıqladı
ÖLKƏ FUTBOLU 30 Mart 2021 / 00:01 2879
-  A +

Gürcüstanın "Telavi" klubu azərbaycanlı futbolçus Vüqar Bəybalayevin transferini açıqlayıb.

Qol.az yüksək liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi artıq yeni klubunda məşqlərə başlayıb. O, "Telavi"də 15 nömrəli formada çıxış edəcək.

Bəybalayev bir neçə gün əvvəl Qol.az-a açıqlamasında Gürcüstan klubu ilə mövsümün sonuna qədər müqavilə imzaladığını bildirib.

Qeyd edək ki, "Bakı"nın yetirməsi olan V.Bəybalayev "Turan", "Xəzər Lənkəran", "Rəvan", "Kəpəz", "Sumqayıt" və "Səbail"də çıxış edib.

Daha çox


Son xəbərlər
topaz banner