“Azərbaycan millisi haqqında onu deyə bilərəm ki, yeni baş məşqçi gələndən sonra yığmada canlanma hiss olunur. Xüsusən də müdafiədə oyun yaxşılaşıb. Portuqaliya ilə matçda bunun şahidi olduq”.
Bu sözləri Qol.az-a açıqlamasında “Qarabağ”ın serbiyalı futbolçusu Uroş Matiç deyib.
DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə qarşıda gələn görüş haqda danışan 30 yaşlı yarımmüdafiəçi yığmamızın Portuqaliya ilə oyunda rəqibə çətinlik yaratdığını xatırladıb. Bununla belə o, millimizlə oyunda qrup lideri Serbiyanı favorit hesab etdiyini qeyd edib: “Avropa çempionunun müdafiəni yarmaq üçün necə çətinlik çəkdiyini gördük. Qələbəni də asan qazanmadılar. Ümumiyyətlə, Azərbaycan çox intizamlı oyun nümayiş etdirdi. Sabahkı matçda Serbiyanın işi çox çətin olacaq. Mənim üçün bu görüşdə favorit Seribiyadır. Çünki komanda gənc və enerjili oyunçulara sahibdir. Bildiyim qədəri ilə Bakıya 3 xal qazanmaq məqsədi ilə gəliblər. Yəni, heyətlərində Tadiç, Radoniç, Kostiç kimi sürətli futbolçular var. Fiziki olaraq güclü oyunçulardan Mitroviç və Vlahoviçin adını qeyd edə bilərəm. Azərbaycan millisi də yaxşı komandadır. Mənim üçün də maraqlı oyundur. "Qarabağ"dan olan komanda yoldaşlarımın ölkəmin millisinə qarşı çıxışını izləmək mənim üçün çox maraqlı olacaq”.
Matiç Serbiya millisinin yığmamıza qarşı tam motivasiya olunduğunu düşünür: “Sizə səmimi deyim, Azərbaycan millisini zəif saymazdım. Çünki milli komandada kifayət qədər Avropa təcrübəsi olan futbolçular var. Yəni Çempionlar Liqasında, müntəzəm olaraq Avropa Liqasında çıxış edən oyunçular oynayır. Ona görə də belə yığmanı zəif adlandırmazdım. Serbiyaya gəldikdə isə, Azərbaycanla oyun üçün Bakıya 2 gün əvvəlcədən gəlmələri onların matça necə ciddi hazırlaşdıqlarını, 3 xalı qazanmağa kökləndiklərini göstərir. Hər iki komanda görüşə ciddi yanaşır. Xüsusilə oyun başlayandan bir neçə dəqiqə sonra hər iki komandanın matça necə yanaşdığı bilinəcək”.
Matiç Serbiya millisinin güclü tərəflərindən də danışıb: “Yaradıcı futbolçularının olması komandanın üstün tərəfidir. Amma daha yaxşı tərəfi odur ki, irəlidə 2 güclü hücumçu - Mitroviç və Vlahoviç var. Bəzən rəqib oynamağa imkan verməyəndə uzun ötürmələrlə topu irəli atıb, Mitroviç və Vlahoviçi tapmağa çalışırlar. Onlar da cüssələri ilə topu irəlidə saxlayırlar. Onlar heç nədən rəqib üçün təhlükə yaratmağı bacarırlar. Bir çox komandaların buna görə Serbiya ilə matçda əziyyət çəkdiyini görmüşəm”.
Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Serbiya oyunu saat 20:00-da başlayacaq.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır