Yığmamızın oyunlarının vaxtı açıqlandı

Yığmamızın oyunlarının vaxtı açıqlandı
ÖLKƏ FUTBOLU 28 Mart 2021 / 01:12 2595
-  A +

17 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B liqasında 3 komandalı qrupda yer alan yığma sentyabrın 27-də Monteneqro, 30-da isə Albaniya ilə qarşılaşacaq.

Bu qrupun görüşləri Albaniyada olacaq.

Qeyd edək, 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada gerçəkləşəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner