PFL oyunun vaxtını dəyişdi

PFL oyunun vaxtını dəyişdi
ÖLKƏ FUTBOLU 17 Mart 2021 / 16:42 1831
-  A +

“Sabah” klubu Peşəkar Futbol Liqasına müraciət edərək çox sayda oyunçusunun milli komandalara dəvət aldığını əsas gətirərək Azərbaycan 1-ci divizionunun 18-ci turunun “Neftçi”-2 ilə təqvim oyununun vaxtının dəyişdirilməsini xahiş edib.

Qol.az xəbər verir ki, “Sabah” klubunun müraciətini, yarışların mövcud Əsasnaməsini və “Neftçi” klubunun razılğını rəhbər tutan PFL “Sabah”-2 – “Neftçi”-2 oyununu 19 mart tarixdən 20 aprel tarixinə təxirə salıb.

Qeyd edək ki, komandaların qar səbəbindən təxirə salınmış oyunlarının keçirilməsi qüvvədə qalır.

Daha çox


Son xəbərlər
topaz banner