"Nuriyevin Azərbaycan millisinə çağırılması "Minay"ın uğurudur"

"Nuriyevin Azərbaycan millisinə çağırılması "Minay"ın uğurudur"
ÖLKƏ FUTBOLU 17 Mart 2021 / 16:04 2765
-  A +

Ukrayna mətbuatı millimizə cəlb olunan “Minay”ın futbolçusu Anatoli Nuriyevdən yazıb.

Qol.az “ua-footbal”a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçinin yığmamıza çağırılmasının Ukrayna klubu üçün uğur olduğu qeyd olunub:

“Ukrayna çempionatında görmədiyimiz bir mənzərədir. Böyük klubların futbolçularının bombardirlər sırasında olmasına öyrəşmişik. Son illərdə isə ortabab klubların oyunçularının inkişaf etdiyini görürük. Bu vəziyyətdən “Minay” futbolçuları yaxşı istifadə edir. “Minay” Premyer Liqaya qayıtdıqdan sonra Anatoli Nuriyev bütün penaltiləri özü yerinə yetirir, Artyom Milevskiyə şans vermir. Komandanın bu mövsüm 12 qolundan 8-ni Nuriyev vurub. Bunlardan beşi penaltidən vurulub.

İndi Anatoli atasının Azərbaycan kökənli olmasına görə bu ölkənin millisindən təklif alıb. Bu, “Minay”ın prestij baxımından daha bir uğurudur. İndi tanınamiş Milevski, Şinder və Kojanovun sırasına milli komandanın oyunçusu da əlavə oluna bilər. Bu, "Minay"ın Premyer Liqanı tərk etməsinin qarşısını ala biləcəkmi? Milevskidə dinamiklik yoxdur, Şinder və Kojanov qol vura bilmir. Anatoli Nuriyevin isə tək penalti zərbələri xilaskar rolunu oynaya bilməz. Birinci liqaya düşəndən sonra yüksək səviyyəyə qayıtmaq çox çətin olacaq".

Daha çox


Son xəbərlər
topaz banner