Qadınlardan ibarət Azərbaycan milli komandasının yarımmüdafiəçisi Firəngiz Teymurova Qol.az-a müsahibə verib.
- Hazırda klub axtarışındasınız. Təkliflər var?
- Düzü, futbolu buraxacağımı düşünürdüm. Altı ay əvvəldən başlayaraq bir ayın içində üç dəfə əməliyyat keçirdim. Sonda fikrimi dəyişib, futbola qayıtdım. İstəyirəm ki, karyeramı xaricdə davam etdirim. Qazaxıstanın “Okjetpes” klubu ilə danışıqlar gedir.
- Niyə məhz Qazaxıstan?
- Onlarda çempionatın səviyyəsi üstündür.
- Azərbaycanda qadınlar üzrə keçirilən liqada hansı çatışmazlıqlar var?
- Çatışmazlıq deməyim. Fikrimcə, daha yaxşı ola bilər. Amma klub azdır. 6-7 klub var.
- Azərbaycanda verilən maaş qane edir?
- Klubdan maaş almırıq.
- Keçək milli komandayaş İspaniyaya 0:13 hesablı acı məğlubiyyətin səbəbi nə idi?
- Bəhanə gətirmək istəməzdim. Öz səhvlərimiz oldu, rəqib də yetərində güclü və təcrübəli idi. Bəzi dəyişikliklər də olmuşdu. Sonra bütün fikrimizi Moldova ilə oyuna köklədik.
- İspanlar başqa hansı göstəricilərdə sizi üstələyirdi?
- Onlarda çempionat davam edirdi. Bizdə isə pandemiyaya görə məşqlər və çempionat dayanmışdı.
- Həmin ağır məğlubiyyətdən sonra Moldova ilə oyununa necə köklənə bildiniz?
- Məğlubiyyətdən sonra çox üzücü ismarıclar, xəbərlər aldıq. Bizi motivasiya edən elə bu oldu. Qrupda son oyunumuzu olduğu üçün hər şeyi unudub, ancaq qələbə haqda düşündük və buna nail olduq.
- Növbəti yarışda bizi nə gözləyir?
- Mart və aprel aylarında dünya çempionatının seçmə mərhələsi keçiriləcək. İnanıram ki, daha yaxşı nəticə əldə edəcəyik.
- Qadın futbolunda bizi geri salan ən boyük problem hansıdır?
- Klublarda məşqlər daha yaxşı keçirilsə, bizim üçün də yaxşı olar.
- Keçək kişi futboluna. Azərbaycan Premyer Liqasını izləyirsinizmi? Hansı kluba azarkeşlik edirsiniz?
- Qarabağlı olduğum üçün ailəlikcə “Qarabağ”a azarkeşlik edirik.
- Fovarit futbolçun kimdir?
- Abdullah Zubir. Oyun tərzini çox bəyənirəm.
- Premyer Liqanın səviyyəsindən razısınız?
- Bəli. Çempionat daha rəqabətlidir.
- Bəs “Qarabağ”ın oyunları haqda fikrin necədir?
- Hər komandada olduğu kimi, “Qarabağ”da da alınmaya bilər. Amma umumi götürəndə hər şey yaxşıdır.
- Azarkeşlər ispanlara məğlubiyyətə görə sizdən narazı qaldılar. Onlara sözünüz nə olardı?
- İlk dəfədir ki, bu turnirdə iştirak edirik. Bizim üçün təcrübə oldu. Əminəm ki, bundan sonra yaxşı çıxış edib ölkəmizi layiqincə təmsil edəcəyik.
Ağa Dadaşzadə
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir