"Bavariya"nın futbolçusu milli seçimini etdi

"Bavariya"nın futbolçusu milli seçimini etdi
DÜNYA FUTBOLU 24 Fevral 2021 / 19:57 3183
-  A +

“Bavariya”nın futbolçusu Camal Musiala əsas milli komanda seçimini edib.
 
Qol.az "The Athletic"ə istinadən xəbər verir ki, bu barədə 17 yaşlı yarımmüdafiəçi özü məlumat verib: “Almaniyada oynamağın düzgün qərar olduğunu söyləyən hisslərimi dinlədim. Bu, mənim doğulduğum ölkədir. Yenə də qərar asan deyildi".
 
Musialanın həm Almaniya, həm də İngiltərə vətəndaşlığı var. O,  bundan əvvəl Almaniya U-16, İngiltərənin U-15, U-16, U-17 və U-21 komandalarında çıxış edib.
 
Qeyd eədk ki, Musiala bu mövsüm Bundesliqada 16 oyunda meydanda olub və 3 qol vurub.

Son xəbərlər