“Fikrimcə, komandanın hazırlıq durumu əvvəlki oyunla müqayisədə indi daha yaxşıdır. Çünki bu dəfə hazırlaşmaq üçün vaxtımız çoxdur. Müqayisə üçün deyim ki, əgər Slovakiya ilə matça biz cəmi 10 gün məşq keçməklə çıxmışdıqsa, indi ən azı iki rəsmi oyun da var aktivimizdə”.
Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə millimizin baş məşqçisi Joze Alesio Da Silva Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib. O, heyətlə bağlı problemlərin olduğunu da qeyd edib:
“Yanvardakı məşqlər və sonra iki oyun keçirməyimiz komanda olaraq boşluqları görməyimizə və aradan qaldırmağımıza imkan verdi. Təbii ki, qarşıdakı günlərdə də “axsadığımız” məqamlar üzərində işləyəcəyik. Fineo zədəli olduğuna görə Slovakiya və Yunanıstana qarşı oyunlarda iştirak etmədi. Düzdür, o, məşqlərə başlayıb, amma tam hazır deyil. Bakıdakı oyunda iştirak edib-etməyəcəyini deyə bilmərəm. Ümid edirəm ki, ən pis halda səfərdəki oyuna hazır olacaq. İsa Atayevin də yüngül zədəsi var, Fineodan fərqli olaraq o, bizə kömək edəcək vəziyyətdədir”.
Rəqib haqda da danışan Alesio Moldova yığmasının hazırda yaxşı formada olduğunu vurğulayıb:
“Əlbəttə, rəqibimiz olduğuna görə, Moldovanın hər iki matçını izləmişəm. Həm də təxminən ilyarım əvvəl qarşılaşmışdıq. Oyun üslubu tanışdı, elə də dəyişiklik yoxdu, amma komanda olaraq yaxşı formadadırlar. Bu da onların daha əvvəldən hazırlıq və yoldaşlıq oyunları keçirməsi ilə bağlıdır. Meydanda çox intizamlıdırlar. Nəticələri də bunu deyir. Xüsusilə də Slovakiyaya qarşı oyunlarını qeyd edərdim. Həmin matçda hətta qələbə qazanmağa da yaxın oldular. Ona görə diqqətli olmalıyıq”.
Millinin çalışdırıcısı toplanış üçün 1 həftənin yetərli olduğunu bildirib:
“Fevralın 25-dən toplanışa başlayacağıq. Ancaq toplanışa qədər də məşqlərimizi edirdik. Ona görə qarşıdakı günlərin tam hazır olmaq üçün yetərli olacağı qənaətindəyəm. Yaxşı olardı ki, legioner kimi başqa ölkələrdə çıxış edən futzalçılarımız da ilk gündən hazırlığa qoşulsunlar. Təəssüf ki, bu alınamayacaq. Çünki onların formasını geyindiyi klubların çempionat oyunları var”.
Alesio hər iki oyunda qazanılacaq qələbənin belə liderliyi təmin etməyəcəyini deyib:
“Rəqibimizə hörmətlə yanaşırıq. Bizim tapşırığımız isə hər iki oyunda qələbə qazanmaq, aktivimizə 6 xal yazdırmaqdır. Bunu reallaşdırsaq, lideliyi təmin edəcəyikmi? Bu haqda danışmaq tezdir. Ancaq mübarizənin sona qədər davam edəcəyini düşünürəm”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı