“İctimai TV” “Sabah”ın futbol akademiyasından reportaj
hazırlayıb.
Qol.az xəbər verir ki, akademiyanın baş
koordinatoru Adino Mustedanaqiç görülən işlərdən söz açıb.
Xorvat
mütəxəssis bunları söyləyib: “Dinamo” (Zaqreb) klubunun futbol akademiyası ilə
“Sabah”ın futbol akademiyasının birgə layihəsinin icrasına 1 ildən artıqdır
başlanılıb. Bu əməkdaşlıqda əsas məqsəd “Dinamo”nun akademiyasında gənc
oyunçuların hazırlığı, onlarla işləmək təcrübəsindən yararlanaraq “Sabah”ın
akademiyasında gənc futbolçuların bilik və bacarıqlarını artırmaq, onların
yetişməsində bu praktikanı tətbiq etməkdir. “Dinamo”nun futbol akademiyasında 5
əsas standartdan istifadə edirdik. 1-cisi məşqçilərin inkişaf sistemi – burda
əsas məsələ akademiyada məşqçilərimizin təkmilləşdirmə kurslarında biliklərinin
artırılmasıdır. Burda mühazirələr də daxil olmaqla müxtəlif vasitələrdən
istifadə olunur. Bizim birgə layihəmizin tərkib hissəsi olaraq “Dinamo”nun
akademiyasından məşqçilər və mütəxəsislər gələrək burda bizim məşqçilərə
mühazirələr oxuyurlar. Həmçinin məşqçilərimizin Zaqrebə gedərək “Dinamo”nun
akademiyasında treyninqlərdə iştirak etməsi və akademiya ilə tanışlıq da nəzərdə
tutulub. Əlbəttə ki, koronavirus pandemiyası bizim işlərimizə az da olsa, mane
olur. İkincisi – biz skautinq sistemi üzrə də əməkdaşlıq edirik. Azərbaycanda
gənc istedadların üzə çıxarılmasını təmin etmək üçün “Sabah”ın skautinq
sistemini yaratmağı hədəfləyirik. Bu məsələdə də “Dinamo”nun təcrübəsindən
istifadə edirik. 3-cüsü – bizim üzərində çalışdığımız digər məsələ oyunçuların
fəlsəfəsidir.
Əməkdaşlığımızın müddəti barədə onu deyə bilərəm ki,
bu bir qədər uzunmüddətli olmalıdır. Çünki, bəzi dəyişiklikləri etmək elə də
asan deyil. Bu 1, 2, 3 il və daha çox davam edə bilər. İstənilən halda bu layihə
başa çatdıqdan sonra ümid edirəm ki, daha təkmilləşmiş məşqçilər, futbolçular və
akademiya görə biləcəyik. Çünki, insan resursları və keyfiyyəti bu işdə olduqca
önəmlidir. “Sabah” futbol klubu malik olduğu şəraitə uyğun olaraq söhbət
açdığımız işlər üzrə maksimum səylə çalışır.
Gördüyünüz kimi,
bizim məşqlər təbii ot örtüklü meydançalarda da keçirilir. Futbol ümumiyyətlə
təbii ot örtükdə oynanılan idman növüdür. Futbol - özü bu təbii ot
örtüyüdür və müəyyən olunmuş ölçülü meydançalardır. Digər amillər futbolun
keyfiyyətini aşağı salır. Və çox şadam ki, klub bizim üçün, oyunçular üçün
maksimum şərait yaradır ki, onlar inkişaf edə bilsinlər”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar