"Olimpiadada da uğurumun davamını gətirməyə çalışacağam” - Sənan Süleymanov

"Olimpiadada da uğurumun davamını gətirməyə çalışacağam” -  Sənan Süleymanov
GÜLƏŞ 14 Fevral 2020 / 09:45 3234
-  A +

“İlk dəfə bu çəkidə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir”. 
 
Qol.az xəbər verir ki, bu sözləri İtaliyanın paytaxtı Romada Avropa çempionu olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanov deyib. O bildirib ki, gözləmədiyi halda çempion olub:
 
“İlk görüşdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni idi. Onu da məğlub etməyi bacardım. Əlbəttə, cənab prezidentin və xanımının bizi təbrik etməsi motivasiyamızı artırır, gələcək yarışlar ərəfəsində daha da ruhlandırır. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir. Bu təbriklərdən xəbər tutandan sonra qürur hissi keçirdim. Gələcəkdə dünya çempionatında və Olimpiadada da uğurumun davamını gətirməyə çalışacağam”

Daha çox


Son xəbərlər
23.12.24  15:50

Mançini peşmandır

23.12.24  09:00

Mourinyoya nə olub?