"Hələ qarşıda çox oyun var" - Beqoviç

"Hələ qarşıda çox oyun var" -  Beqoviç
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2019 / 16:33 5878
-  A +

"Qarabağ"ın qapıçısı Asmir Beqoviç Avropa Liqasının qrup mərhələsinin I turunda "Sevilya"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra "Twitter" hesabında azarkeşlərə təşəkkür edib.

Qol.az xəbər verir ki, 32 yaşlı bosniyalı qolkiper oyunların hələ qarşıda olduğunu bildirib:

"Dünən axşam möhtəşəm komandaya qarşı oynadıq və ağır məğlubiyyət aldıq. Hələ qarşıda çox oyun var, biz davam edirik. Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm".

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner