"Rəqibi təbrik edirəm. Gözləmirdim ki, belə pis başlayarıq. İlk dəqiqələrdən komanda “yatmışdı”. İki qoldan sonra oyunu ələ ala bildik".
Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 4-cü turunda evdə "Səbail"ə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.
- Hər halda, ikinci hissədə hücumlar qurduq, ancaq qollar vura bilmədik. Bəlkə də, iki qələbədən sonra arxayınlıq yaranmışdı. Keçən keçib. Epizodlarımız oldu, bu gün bizim günümüz deyilmiş. İrəli baxmaq lazımdı. Növbəti oyuna hazırlaşacağıq.
- Birinci qolun təkrarına baxmısız?
- Xeyr.
- Oyundankənar vəziyyət var idi...
- Oxşayırdı. Ancaq heç nəyi geri qaytara bilmərik. İlk iki turda iki futbolçu itirmişdik, ancaq Hakimlər Komitəsinin sədri səhvlər olduğunu demişdi. Olan oldu. İrəli baxmalıyıq.
- Dediniz ki, ilk hissədə komanda "yatmışdı". Onları oyatmaq üçün hansı "iynədən" istifadə etdiniz?
- Yeni komandayıq. 4 turun hamısında ilk hissələri yaxşı keçirməmişik. Bilmirəm, nə ilə əlaqədardı. Bəlkə də, ehtiyatlı davranırlar. Sadəcə, motivasiya etdik. Komanda uduzursa, nəsə deyirsən ki, onlara toxunsun. Futbol aqressiyasız mümkün deyil. Rəqibi belə oyuna görə təbrik edirəm. Biz də hər matçda belə oynamalıyıq.
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi