Bakının “Sabah” və Zaqrebin “Dinamo” klubları əməkdaşlığa başlayıb.
Qol.az-ın xəbərinə görə, bununla əlaqədar Azərbaycan və Xorvatiya təmsilçiləri arasında müqavilə imzalanıb. Əməkdaşlıq iki klubun futbol akademiyalarının təcrübə mübadiləsini nəzərdə tutur.
“Maksimir” stadionunda keçirilən imzalanma mərasimində “Sabah”ın prezidenti Maksud Adığözəlov, klubun seleksiya xidmətinin rəhbəri İlqar İsrafilov, “Dinamo”nun prezidenti Mirko Barişiç və digər şəxslər iştirak ediblər.
“Sabah”ın prezidenti Murad Adıgözəlov bildirib ki, Xorvatiya futbolu bütün dünyada tanınır: “Dinamo” ilə əməkdaşlıq Azərbaycan futbolçu üçün əla töhfə olacaq. Qeyd etməliyəm ki, Azərbaycan millisinin sabiq və hazırkı baş məşqçiləri (Robert Prosineçki və Nikola Yurçeviç – red.) məhz Xorvatiya yığmasının oyunçuları olub. Biz çox şadıq ki, “Dinamo” kimi böyük klubla əməkdaşlıq müqaviləsi imzalayırıq. Bu, Azərbaycanla Xorvatiya arasında yaxşı diplomatik münasibətlərin göstəricisidir”.
“Dinamo”nun prezidenti Mirko Barişiç isə bildirib ki, bu müqavilə təkcə iki klub deyil, Azərbaycanla Xorvatiya futbolu arasında uğurlu əməkdaşlıq istiqamətində ilk addımdır.
Yuxarı
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda