"Fənərbaxça"dan kritik qələbə

"Fənərbaxça"dan kritik qələbə
DÜNYA FUTBOLU 4 May 2019 / 22:07 5114
-  A +

Türkiyə Superliqasında 31-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha 3 oyun keçirilib. "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin çıxış etdiyi "Ərzurumspor" doğma meydanda vacib qələbə qazanıb. "Bursaspor"u 2 cavabsız qolla üstələyən Şehiçin komandası xallarının sayını 32-yə çatdıraraq, autsayderlər qrupundan çıxıb. "Ankaragücü" - "Rizəspor" matçında isə qalib müəyyənləşməyib - 2:2.

Günün son oyununda "Fənərbaxça" səfərdə "Kasımpaşa"nı 3:1 hesabı ilə məğlub edib. İstanbul klubu qələbə sayəsində autsayderlər qrupundan uzaqlaşıb.


4 may

"Ərzurumspor" - "Bursaspor" - 2:0
Qollar:
S. Eduok, 77 (1:0), H. Aslan, 84 (2:0)

"Ankaragücü" - "Rizəspor"- 2:2
Qollar:
D. Melnyak, 26 (0:1), İ. Parlak, 59 (1:1), M. Pazdan, 85 (2:1), V. Muriç, 90+1-penalti (2:2)

"Kasımpaşa" - "Fənərbaxça" - 1:3
Qollar:
H. Təkin, 13-avtoqol (1:0), E. Elmas, 20 (1:1), M. Valbuena, 72 (1:2), R. Soldado, 76 (1:3)


Qeyd edək ki, bu qələbədən sonra xallarını 37-yə çatdıran "Fənərbaxça" 12-ci pilləyə yüksəlib. 38 xalı olan "Kasımpaşa" isə 10-cu sırada qalıb. "Rizəspor" 40 xalla 8-ci, "Ankaragücü" 37 xalla 14-cü, "Ərzurumspor" 32 xalla 15-ci, "Bursaspor" isə 30 xalla 17-cidir.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə