Paşayev oynadı, komandası "Dinamo"dan xal aldı

Paşayev oynadı, komandası "Dinamo"dan xal aldı
DÜNYA FUTBOLU 4 May 2019 / 21:22 1898
-  A +

Ukrayna Premyer Liqasında 27-ci turun oyunları davam edir.

Qol.az-ın məlumtına görə, milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" klubu səfərdə Kiyev "Dinamo"su ilə üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib - 1:1. 31 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, ilk 6-lıqda mübarizə aparan "Aleksandriya" 48 xalla 3-cüdür. 61 xalı olan "Dinamo" 2-ci, 67 xallı "Şaxtyor" isə ilk pillədə qərarlaşıb.

Son xəbərlər