"Klopp və Poçettinonu İtaliyada çoxdan öldürərdirlər" - Mançini

"Klopp və Poçettinonu İtaliyada çoxdan öldürərdirlər" -  Mançini
DÜNYA FUTBOLU 3 May 2019 / 12:14 2999
-  A +

"İtaliyada heç kimin səbri yoxdur. "Liverpul"a, "Tottenhem"ə baxın. Bu komandalar Premyer Liqada liderlər qrupundadır. Onlar ildən-ilə inkişf edir, ancaq hələ kubok qazanmayıblar".

Qol.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini "Football İtalia"ya açıqlamasında deyib.

İtalyan və ingilis azarkeşləri müqayisə edən çalışdırıcı həmvətənlərinin uğursuzluğa dözümsüz olduğunu bildirib: "İngilislər bilirlər ki, vaxtı çatanda uğur da gələcək. Baş məşqçilər Klopp və Poçettinonun rahat işləməsinə imkan verirlər. İtaliyada onları çoxdan öldürərdilər".

Xatırladaq ki, "Liverpul" Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Barselona"ya 0:3, "Tottenhem" isə "Ayaks"a 0:1 hesabı ilə uduzub.

 

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır