“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo “Liverpul” və “Mançester Siti”nin çalışdırıcıları haqda danışıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, 56 yaşlı mütəxəssis Pep Qvardiola və Yurqen Klopp qədər dəstəklənmədiyini deyib: “Klublar məşqçilərin arxasında dayansa, daha yaxşı nəticə əldə edərlər. Yurgen və Pepin iş şəraitinə sahib olmaq istərdim. “Liverpul”un start 11-liyinə baxın. Neçə futbolçu Klopdan əvvəl də vardı? Qvardiola cinah oyunçularından narazı olduğunu demişdi. Yaz transfer pəncərəsində bu mövqeyə 4 futbolçu aldı. Kladio Bravodan razı qalmadı və həmin günün səhərisi Ederson Moraesi heyətlərinə qatdılar. “Liverpul”u artıq 3 il yarım çalışdırsa da, heç bir kubok qazanmayan Kloppa davamlı dəstək nümayiş etdirilir. Komandasının bu il kubok qazanmaq üçün önəmli şansları var”.
Qeyd edək ki, portuqaliyalı çalışdırıcı “qırmızı şeytanlar”dakı vəzifəsindən ötən ilin dekabrında ayrılıb.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır