İndi “Barselona”nın “Liverpul”u 3:0 hesabı ilə məğlub edib dünyanın, mübahisəsiz, birnömrəli klub yarışı olan Çempionlar Liqasının finalına yaxınlaşdığı oyunu düşünəndə gözümüzün önündə ilk olaraq kim və nə canlanır? Şübhəsiz ki, bu qol və onun müəllifi – 21-ci əsrin futbol dahisi, yaxud dəlisi Messi. Qola bir də baxaq, sonra keçək mətləbə...
Dünənki oyunda dubl edən Messi həm də “Barselona”nın heyətində 600-cü rəsmi qolunu vurdu. Bu 600 qolun necə vurulduğunun statistikasına da diqqət edin:
Sol ayaqla – 491
Sağ ayaqla – 85
Başla – 22
Bədənlə - 1
Əllə - 1
Yeri gəlmişkən, bir neçə gün öncə Kriştiano Ronaldo da klub səviyyəsində 600-cü yubiley qoluna imza atmışdı. Deməli, hardan baxsan, əbədi rəqabət davam edir, edəcək də. Tanrımı deyək, futbol biznesimi deyək, Ronaldonu İspaniyadan İtaliyaya göndərməklə deyil ki. Oynadıqları liqalar, yaşadığı ölkələr fərqli ola bilər, amma müasir futbolu Messi-Ronaldo rəqabəti olmadan ağla gətirmək mümkün deyil, alınmır, olmur, ola da bilməz. Elə ona görədi ki, az qala hər tur Avropa mediası bu iki futbolçunun rekordlarından yazır – “Messi Ronaldonu keçdi”, yaxud “Ronaldo Messini keçdi...”
Amma mən bu kiçik yazıda həmin rəqabətdə kimin üstün olduğuna toxunmayacam. Mövzu bu deyil. Qoldan danışırdıq. Bu, Messinin 2018/19 mövsümündə cərimə zərbəsindən vurduğu 8-ci qol olub. Hazırkı mövsümdə buna nail olan ikinci futbolçu yoxdu. Yeri gəlmişkən, Messi dünən o qolu vuranda Avropada bizdəki kimi mayın 2-si yox, 1-i idi. Və düz 14 il əvvəl – 2005-ci ilin məhz mayın 1-də argentinalı superforvard “Barselona”da ilk rəsmi qolunu vurmuşdu... O qolu vurmaqla futbolda doğulmuşdu Messi. Və bundan sonra hələ nə qədər qollar vuracaqdı: ayaqla, başla, bədənlə, hətta əllə də (2007-ci ildə, “Espanyol”a. Həmyerlisi Maradonasayağı tərzdə). Amma Messi həm də cərimə zərbələrinin usta ifaçısı kimi tanınır.
Bəs, o, bunu necə bacarır? Və dünənki o fantastik qolu vurmaq üçün nə etmək lazımdı? Əlbəttə, belə qolları davamlı vurmaq üçün istedad yetərli deyil. Buna xüsusi hazırlıq lazımdı və böyük ehtimalla, Messi məşqlərin çoxunda bunun üzərində xüsusi işləyir. Amma bununla bağlı məlumat demək olar ki, yoxdu.
Hərçənd, Messinin “Barselona”da sələfi, oynadığı dövrdə cərimə zərbələrinin şahı adlandırılan Ronald Kumana sual ünvanlayanda ki, necə olur, ingilis Devid Bekhem də cərimə zərbələrindən əla qollar vurur, demişdi: “Mən əminəm ki, xüsusi məşqin sayəsində”. Bəs, xüsusi məşq nə idi? Britaniya mediasının araşdırması sonradan bu suala cavab tapa bilmişdi – Bekhem komandanın ümumi məşqindən sonra tək qalaraq cərimə zərbələri üzərində hazırlığını davam etdirirmiş. O, həm qapının doqquzluğuna, həm də aşağı küncünə maşın təkəri bağlayaraq, 25-30 metrlik məsafədən topu boş olan halqadan keçirirmiş. Bu əziyyətli məşqin nəticəsi isə ona gətirib çıxarmışdı ki, Bekhem bütün karyerası ərzində cərimə zərbəsindən 60-dan çox qol vurmuşdu (qeyri-rəsmi oyunlar da daxil). Çoxusunu da doqquzluğa.
Messinin dünənki qolu da həmin o qolların yenilənmiş forması idi. Amma həm də onun cərimə zərbələrinin yeni kralının olmasının isbatı.
Aydın BAĞIROV
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır