"İlk titul həmişə xüsusi olur. Mənim bununla bağlı yaxşı xatirələrim var".
Qol.az-ın "Çelsi"nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri London klubunun müdafiəçisi Sezar Azplikueta Avropa Liqasının yarımfinal mərhələsinin "Ayntraxt"la oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. İspan futbolçu finala vəsiqə qazanacaqlarına inandığını bildirib:
"Avroliqa Avropada ikinci dərəcəli turnirdir. Biz isə hər mövsüm istənilən titul uğrunda mübarizə aparırıq. Hazırda da Avropa Liqasında yarımfinal mərhələsindəyik. Bu, uzun yoldur və bir neçə güclü komanda son 4-lüyə düşə bilmir. Titul qazanmaq başlıca hədəfimizdir. Ümid edirəm ki, mayın 29-da Bakıda olacağıq".
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır