Çakır ÇL-in yarımfinalında

Çakır ÇL-in yarımfinalında
DÜNYA FUTBOLU 2 May 2019 / 13:49 4072
-  A +

UEFA türkiyəli FİFA referisi Cüneyt Çakıra yeni təyinat verib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli hakim Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul" və "Barselona" komandaları arasında İngiltərədə keçiriləcək cavab matçını idarə edəcək.

Dünən oynanılan ilk görüşdə ispanlar rəqibinə 3 cavabsız qolla qalib gəliblər. Cavab qarşılaşması mayın 7-də "Enfild Roud" stadionunda olacaq.

Qeyd edək ki, bu, Çakırın 2018-2019 mövsümündə ÇL oyunlarına aldığı 7-ci təyinatdır. O, son olaraq, 1/4 final mərələsində "Mançester Siti"nin "Tottenhem"i 4:3 hesabı ilə məğlub etdiyi matçda ədaləti qoruyub.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə