Balayevin komandası qələbəni əldən verdi

Balayevin komandası qələbəni əldən verdi
DÜNYA FUTBOLU 1 May 2019 / 21:24 2605
-  A +

Qazaxıstan Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, milli komandamızın üzvü Emil Balayevin formasını geyindiyi "Tobol" evdə "Ordabası" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Start heyətdə meydana daxil olan E.Balayev sonadək komandasının qapısını qoruyub. O, 90+4-cü dəqiqədə qapısından qol buraxıb.

Qeyd edək ki, "Tobol" 17 xalla 2-ci pillədə qərarlaşıb. "Astana"  isə 25 xalla isə 1-cidir.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə