Kasilyas infarkt keçirdi - məşq zamanı

Kasilyas infarkt keçirdi - məşq zamanı
DÜNYA FUTBOLU 1 May 2019 / 20:53 4951
-  A +

"Portu”nun qapıçısı İker Kasilyas məşq zamanı infarkt keçirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sinəsində kəskin ağrı hiss edən 37 yaşlı qolkiperin halı pisləşib. Xəstəxanaya aparılan Kasilyasa kiçik cərrahi müdaxilə edilib. Onun hazırda həyati təhlükəsinin olmadığı bildirilib.

İspan qapıçının bu mövsüm daha oynamayacağı qeyd olunub.


Son xəbərlər