"Real" Eriksenlə razılığa gəldi

"Real" Eriksenlə razılığa gəldi
DÜNYA FUTBOLU 1 May 2019 / 16:23 3579
-  A +

“Real” “Tottenhem”in futbolçusu Kristian Erikseni heyətinə qatmağı planlaşdırır.
 
Qol.az-ın “AS”a istinadən yaydığı məlumata görə, “kral klubu” 27 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə edib. Danimarkalı oyunçu ilə "Bavariya" da maraqlanır. Futbolçunun 2020-ci ilədək London klubu ilə müqaviləsi var.

Qeyd edək ki, 2013-cü ildən "Tottenhem"in formasını geyinən Kristian Eriksen bu mövsüm komandasının heyətində 33 oyuna çıxaraq 7 qol vurub və 12 qol ötürməsi edib.

Son xəbərlər