Kişilərin döyüşü oldu!

Kişilərin döyüşü oldu!
DÜNYA FUTBOLU 1 May 2019 / 11:53 2870
-  A +

"Bu, hələ birinci matçdır, ancaq əla alındı. Səfərdə vacib qol vurduq. Təəssüf ki, sona yaxın real qol imkanından yararlanmadıq. 2:0 daha yaxşı nəticə olardı".

Qol.az xəbər verir ki, bu sözləri "Ayaks"ın kapitanı Matteys de Liqt Çempionlar Liqasının yarımfinalında səfərdə "Tottenhem"ə qalib gəldikləri oyundan (1:0) sonra UEFA-nın saytına açıqlamasında deyib.

19 yaşlı müdafiəçi hər iki komandanın əzmkar oyun göstərdiyini bildirib: "Bavariya", "Real" və "Yuventus"la da səfərdə bu cür oynamışdıq. "Tottenhem" çox yaxşı komandadır. Pressinq etməkdə çətinlik çəkirdik. Əsl kişilərin döyüşü oldu, qələbəni isə biz qazandıq".

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə