PSJ-nin baş məşqçisi Tomas Tuhel futbolçuları ilə arasındakı münasibət, klubdakı gələcəyi və Neymarın azarkeşi vurmağı haqda danışıb.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, oyunçuların onu saymadığı iddialara toxunan alman mütəxəssis bildirib: "Mən mətbuat vasitəsi ilə yox, paltardəyişmə otağında oyunçularla şəxsən ünsiyyət qurmağa üstünlük verirəm. Bu, komanda kimi böyümək üçün lazımdır.
Biz bir-birimizlə danışmalıyıq. Mübahisə edə bilərik, müxtəlif fikir ayrılıqları ola bilər, amma bütün bunlar komandanın daxilində qalmalıdır.
Mən klubdakı təşkilati məsələrə görə yox, komandanın tərkibi üçün məsuliyyət daşıyıram. Burada çox işim var. Vəziyyəti yaxşılaşdırmaq üçün hər şeyi edirəm".
Tuhel klubdakı gələcəyi ilə bağlı isə bunları deyib: "Klubdakı işimin təhlükədə olduğunu düşünmürəm. Düzdür, PSJ-də ehtiyatlı olmalıyam. Ancaq "Yuventus" da Çempionlar Liqasını illərdir qazanmır".
PSJ-nin baş məşqçisi futbolçusu Neymarın Fransa kubokunda "Renn"ə uduzduqları matçdan sonra azarkeşi vurmağına da münasibət bildirib: "Bu, mənim xoşuma gəlmədi. Belə şeylər etmək olmaz. Məğlubiyyətlə barışmaq ağırdır, amma hörmət etmək lazımdır".
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video