Atası Salanın ölümünə dözmədi - ürəyi dayandı

Atası Salanın ölümünə dözmədi - ürəyi dayandı
DÜNYA FUTBOLU 26 Aprel 2019 / 16:42 5208
-  A +

Təyyarə qəzasında həyatını itirən Emilliano Salanınn atası Horasio Sala dünyasını dəyişib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, 58 yaşlı Horasionun ölümünə ürək tutması səbəb olub. Ona tibbi müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Sala yanvarın 19-u "Nant"dan "Kardiff"ə 17 milyon avroya transfer olunub. O, yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.  Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner