"Beşiktaş"da ciddi itki - mövsümü bitirdi

"Beşiktaş"da ciddi itki -  mövsümü bitirdi
DÜNYA FUTBOLU 24 Aprel 2019 / 13:25 2036
-  A +

“Beşiktaş” ciddi itki ilə üzləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı üzvlərindən olan Qari Medel zədələnib.

Superliqanın 29-cu turunda keçirilən “Sivasspor”la matçda zədələnən çilili müdafiəçi 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə 31 yaşlı futbolçu üçün mövsümün bitməsi deməkdir.

Qeyd edək ki, Medel bu mövsüm "Beşiktaş"ın heyətində 34 oyuna çıxıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner