"Bu klub son 10 ildə çox böyüyüb. Artıq "Old Trafford" deyə bir qorxumuz yoxdur. Əvvəllər bəlkə də orada oynamaq çətin idi. Ancaq "Mançester Siti"nin oyunçuları və məşqçiləri son 10 ildə şərtləri bərabərləşdirdi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 36-cı turunda "Mançester Yunayted"lə oyun öncəsi deyib.
O, çempionluq yolunda bu matçın vacib olduğunu vurğulayıb: "Bizim üçün Premyer Liqanın kubokunu qazanmaq çox vacibdir. Mən üç mövsümdür buradayam. İldən-ilə daha da güclü komanda olmuşuq. Əsas məsələ çempion olmaqdır, "Mançester Yunayted"i məğlub etmək deyil".
Qvardiola daha sonra bildirib: "Mançester Yunayted"in ən yaxşı oyununu nümayiş etdirəcəyini gözləyirəm. Onlar əllərindən gələni etməyə çalışacaqlar. Biz də bu görüşə ciddi hazırlaşırıq".
Qeyd edək ki, bu gün "Old Trafford" stadionunda keçiriləcək "Mançester Yunayted" - "Mançester Siti" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Karim Rossi “Qəbələ”də
"İnter"in hədəfinə düşdü
"Kəpəz" onu da göndərdi
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər