"Atletiko" iki əsas futbolçusu ilə yolları ayırır

"Atletiko" iki əsas futbolçusu ilə yolları ayırır
DÜNYA FUTBOLU 24 Aprel 2019 / 10:11 2941
-  A +

"Atletiko" iki futbolçusu ilə yayda yolları ayırmağı hazırlaşır.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, Madrid klubu Filipe Luis və Dieqo Qodinlə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmağı düşünmür.

Bildirilir ki, "Atletiko"nun siyasətinə əsasən, klub yaşı 30-dan yuxarı olan futbolçularla müqavilənin müddətini maksimum 1 il uzada bilər. Ancaq F.Luis və D.Qodin daha uzunmüddətli sözləşmə təklifi istəyirlər.

Hazırda 33 yaşı olan hər iki oyunçu bu mövsümün sonu azad agent olacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner