Etiraz rədd olundu - Cəzasını çəkəcək

Etiraz rədd olundu - Cəzasını çəkəcək
DÜNYA FUTBOLU 13 Aprel 2019 / 15:40 2613
-  A +

İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi "Atletiko"nun Dieqo Kostanın diskvalifikasiyası ilə bağlı etirazını rədd edib.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Braziliya əsilli ispan hücumçunun 8 oyunluq cəzası qüvvədə saxlanılıb. Madrid klubunun məsələylə bağlı İspaniya İdman İdarə Məhkəməsinə də müraciət etmək hüququ var.

Qeyd edək ki, Kosta La Liqanın 31-ci turunun "Barselona" ilə oyununda (0:2) baş hakimi təhqir etdiyi üçün cəzalanıb.


Son xəbərlər