“Ayaz unikal futbolçu, əsl şeytandır. Rusiyada heç kim meydanın kiçik hissəsində topla onun kimi davrana bilmir. Quliyev cəld, sürətli və son dərəcə emosionaldır”.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Anji”nin sabiq çalışdırıcısı Aleksandr Qriqoryan deyib. Vaxtı ilə Mahaçqala təmsilçisində Ayaz Quliyevin də baş məşqçisi olmuş erməni mütəxəssis azərbaycanlı futbolçunun bir neçə gün öncə Moskvada amerikalı turistin burnunu sındırmasına münasibət bildirib:
“Hərdən məşqdə oyunu yaxşı alınmayanda topu qüvvətli zərbə ilə auta vururdu. Amma səhv olduğunu başa düşəndə emosiyalarını tez cilovlayırdı. Çox futbolçu ilə işləmişəm. Mənə görə, Ayaz təmiz qəlbli, özündən böyüklərə qarşı son dərəcə diqqətli olan yaxşı insandır. Özündən razılığı və ulduz xəstəliyi yoxdur, amma çox dindardır.
Son hadisə də onun emosionallığının nəticəsidir. Ona səbrli olmağı məsləhət görərdim. Əgər hisslərini idarə etməyi bacarsa, yüksək səviyyəli futbolçu olacaq. Şəxsən ona demək istərdim ki, “Ayaz, axmaq olma, kişi üçün ən vacibi öz istedadını göstərməkdir. O, gələcəkdə Avropa səviyyəli dayaq yarımmüdafiəçisi ola bilər”.
Qriqoryan UFC versiyası üzrə yüngül çəkidə son dünya çempionu Həbib Nurməhəmmədovun “Anji”də çıxış edən bütün futbolçulara ciddi təsir göstərdiyini vurğulayıb: “O, təkcə Ayaza deyil,”Anji”nin bütün futbolçularına güclü təsir edib. Açığı, Həbiblə görüş uzun çəkmədi. Qarşımızda gənc olmasına baxmayaraq, güclü və müdrik insan oturmuşdu. Onun təsiri altına düşməmək çətin idi. Ancaq Ayaz Həbibin saç düzümünə keçəndə artıq mənim işləmirdi”.
Qeyd edək ki, aprelin 10-da baş verən insidentə görə Moskva “Spartak”ı Ayazı cəzalandırıb. Əvəzedici komandaya göndərilən yarımmüdafiəçi 5 milyon rubl (təqribən 77 min dollar) məbləğində cərimələnib.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı