Rahat yata bilərsiniz!

Rahat yata bilərsiniz!
DÜNYA FUTBOLU 12 Aprel 2019 / 15:37 4951
-  A +

PSJ-nin futbolçusu Neymarın atası Neymar da Silva oğlunun Paris klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, braziliyalı futbolçunun agenti olan ata Neymar "RMC Sport"a açıqlamasında deyilənlərin yanlış olduğunu bildirərək oğlunun paytaxt təmsilçisi ilə uzunmüddətli müqaviləsi olduğunu xatırladıb:

"Hazırda onun PSJ-də ikinci mövsümüdür. Neymarın başqa kluba keçəcəyi haqda xəbərlər həmişə olub. Çünki bir çox klub onu transfer etmək istəyir. Oğlum iki il bundan əvvəl PSJ-də oynamaq istədiyini göstərdi. Buna görə də azarkeşlərə demək istəyirəm ki, rahat yata bilərsiniz. Neymar komandadan getməyə hazırlaşmır. O, PSJ-yə kuboklar qazandırmaq istəyir".

Qeyd edək ki, dünya mətbuatında müntəzəm olaraq Neymarın "Real" və "Barselona"ya keçəcəyi haqda xəbərlər yayılır.

Son xəbərlər
05.07.24  19:54

"Bazel"dən "Çelsi"yə