Burun sındırmağın cəzası 5 milyon oldu

Burun sındırmağın cəzası 5 milyon oldu
DÜNYA FUTBOLU 12 Aprel 2019 / 14:18 3654
-  A +

Moskva "Spartak"ı azərbaycanlı futbolçusu Ayaz Quliyevi cəzalandırıb.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 23 yaşlı yarımmüdafiəçinin ötən gün Moskva küçələrinin birində amerikalı turistlə dalaşması olub.

Paytaxt təmsilçisi avtomobillə turistin həyatı üçün təhlükə yaradan, daha sonra isə onun burnunu sındıran futbolçunu əvəzedici komandaya göndərib. Onun ikinci komandada oynamasına da icazə verilməyib.  Quliyev orada ancaq məşq edə bilər.

Bundan başqa, Ayazın 5 milyon rubl (təqribən 77 min dollar) cərimə olunacağı bildirilib.

Son xəbərlər
05.07.24  19:54

"Bazel"dən "Çelsi"yə