Avroliqa oyunundan əvvəl skandal – Salaha "terrorçu" dedilər

Avroliqa oyunundan əvvəl skandal  – Salaha "terrorçu" dedilər
DÜNYA FUTBOLU 12 Aprel 2019 / 13:44 4150
-  A +

“Çelsi” klubunun bir neçə azarkeşi “Liverpul”un hücumçusu Məhəmməd Salahı təhqir ediblər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə dünən London təmsilçisinin “Slaviya” ilə Çexiyada keçirdiyi Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunundan (1:0) əvvəl baş verib.

Bununla bağlı video İnternetdə yayılıb. Videoda Praqadakı barlardan birində ingilis azarkeşlərin Məhəmməd Salahı terrorçu adlandırdıqları görünür.

Hadisədən dərhal sonra “Çelsi” araşdırmaya başlayıb və Salahla bağlı bu ifadələri işlədən üç fanatın şəxsiyyətini müəyyənləşdirib. Onlar oyuna buraxılmayıblar. Digərlərinin kimliyini aydınlaşdırmaq isə mümkün olmayıb.

“Çelsi” və “Liverpul” azarkeşlərin bu hərəkətini pisləyib.

Hadisənin videosu



Son xəbərlər