Avroliqada rekordçu oldu - 19 yaşında

Avroliqada rekordçu oldu - 19 yaşında
DÜNYA FUTBOLU 12 Aprel 2019 / 12:28 2894
-  A +

Avropa Liqasının 1/4 final mərhələsində "Ayntraxt"la keçirilən oyun "Benfika"nın yarımmüdafiəçisi Joao Feliks üçün əlamətdar olub.

Qol.az xəbər verir ki,  4:2 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edən və 1 məhsuldar ötürmə edən portuqaliyalı futbolçu bununla Avroliqanın tarixinə düşüb.

O, turnirdə het-trik edən ən gənc oyunçu adına yiyələnib. Buna 19 yaş 152 günlüyündə nail olan futbolçu Marko Pyaçanın Zaqreb "Dinamo"sunda çıxış edərək (19 yaş 219 günlük) "Seltik"ə vurduğu qolla müəyyənləşdirdiyi rekordu qırıb.

Son xəbərlər