"Tottenhem"in "əl"i qırıldı

"Tottenhem"in "əl"i qırıldı
DÜNYA FUTBOLU 12 Aprel 2019 / 11:56 3364
-  A +

"Tottenhem"in daha bir futbolçusu zədələnib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Harri Keyndən sonra Dele Alli də sıradan çıxıb.

Komandanın liderlərindən olan 23 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Siti" ilə görüşdə xəsarət alıb. Onun sol əlində kiçik qırıq aşkarlanıb. Futbolçunun qarşıdakı oyunlarda meydana çıxıb-çıxmayacağı haqda məlumat verilməyib.

İlk görüşdə "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub edən "Tottenhem" aprelin 17-də səfərdə cavab matçına çıxacaq.

Qeyd edək ki, Dele Alli bu mövsüm "Tottenhem"in heyətində 29 oyuna 7 qol vurub, 5 məhsuldar ötürmə edib.

Son xəbərlər
05.07.24  19:54

"Bazel"dən "Çelsi"yə