Bombardir mövsümü erkən bitirdi

Bombardir mövsümü erkən bitirdi
DÜNYA FUTBOLU 12 Aprel 2019 / 10:20 2189
-  A +

Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə oyunda zədələnən "Tottenhem"in hücumçusu Harri Keynin durumu ciddidir.

Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu mövsümün sonuna qədər meydana çıxa bilməyəcək. Topuğundan xəsarət alan İngiltərə yığmasının üzvü UEFA Millətlər Liqasının final mərhələsində də iştirak etməyəcək.

Qeyd edək ki, Keyn bu mövsüm İngiltərə Premyer Liqasında 28 oyuna 17 qol vurub. O, komandasının bombardirir. Premyer Liqada isə bu yarışda yalnız Serxio Aquero (19) və Məhəmməd Salahdan (18) geri qalır.

Son xəbərlər