Ronaldo yırtıcı heyvan kimidir

Ronaldo yırtıcı heyvan kimidir
DÜNYA FUTBOLU 11 Aprel 2019 / 19:35 4631
-  A +

“Kriştiano Ronaldo çox səviyyəli futbolçudur. İstedadı ilə yanaşı, hirsi sayəsində də fərq yarada bilir”.

Qol.az xəbər verir ki, bu sözləri “Ayaks”ın futbolçusu Matteys de Liqt Çempionlar Liqasının 1/4 finalında “Yuventus”la keçirilən görüşdən sonra deyib.

Hollandiyalı müdafiəçi yerli mətbuata açıqlamasında Turin klubunun hücumçusu Kriştiano Ronaldo haqda maraqlı fikirlər səsləndirib: “O, yırtıcı heyvan kimidir. Kiçik bir boşluq tapdı və şansını sınadı. Qol epizodunda inanılmaz sürətli idi. İki futbolçunun arasından qaçıb, qol vurdu”.

Xatırladaq ki, 1:1 hesablı bərabərliklə başa çatan görüşdə "Yuventus"un qolunu Ronaldo vurub.

Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır