"Borussiya"da yeni baş məşqçi - rəsmi

"Borussiya"da yeni baş məşqçi -  rəsmi
DÜNYA FUTBOLU 10 Aprel 2019 / 17:58 3335
-  A +

Mövsümün sonunda Diter Xekkinqi göndərəcəyi dəqiqləşən Münhenqladbax “Borussiya”sı ona əvəzləyici tapıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanı yeni mövsümdən “Zalsburq”un hazırkı baş məşqçisi Marko Roze çalışdıracaq. 42 yaşlı mütəxəssis Bundesliqa təmsilçisinə Avstriya klubundakı köməkçiləri – Rene Mariç, Aleksandr Tsikler və Patrik Eybenberqerlə birlikdə gedəcək.

Qeyd edək ki, ötən mövsüm “Zalsburq”a ölkə çempionluğunu qazandıran Roze eyni zamanda, komandanı Avroliqanın yarımfinalına çıxarmışdı.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner