Tez sağal, kral!

Tez sağal, kral!
DÜNYA FUTBOLU 10 Aprel 2019 / 17:40 3400
-  A +

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona bir neçə gün öncə xəstəxanaya yerləşdirilən və daha sonra evə buraxılan Peleyə dəstək olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, şəxsi “İnstaqram” hesabından braziliyalı veteran futbolçu ilə 40 il əvvəl çəkilmiş fotosunu paylaşan Maradona ona tez sağalmağı arzu edib:

“Bu gün bu fotonun 40 yaşı tamam olur. Foto Rio-de-Jeneyroda şəxsi görüşümüz zamanı çəkilib. Biz necə gənc olmuşuq... Kral Pele, mən sənə tezliklə sağalmağını və daha güclü olmağını arzulayıram”.

Qeyd edək ki, Pele ötən həftə Parisdə PSJ-nin hücumçusu Kilian Mbappe ilə görüşdən sonra səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O, dünən evə buraxılıb.

 

Son xəbərlər