Ərəblər "Roma"nı almaq istəyir - 400 milyona

Ərəblər "Roma"nı almaq istəyir -   400 milyona
DÜNYA FUTBOLU 10 Aprel 2019 / 14:10 2291
-  A +

PSJ-nin səhmdarı olan "Qatar Sports Investments" fondu daha bir klubu almaq istəyir.

Qol.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Roma" ərəblərin hədəfindədir.

2011-ci ildən PSJ-nin səhmdarı olan fondun Roma təmsilçisinə 400 milyon avro təklif etdiyi bildirilir. Ancaq klubun sahibi Ceyms Pallotta bu təklifdən imtina edib.

Qeyd edək ki, 2021-ci ilədək "Roma"ya "Qatar Airways" şitkəri sponsorluq edəcək.

Son xəbərlər